Bizi əhatə edən təbiət onu əmələgətirən cansız və canlıların təsadüfi yığımından ibarət deyil. O, üzvi aləmin təkamülü prosesində formalaşmış və davamlı mütəşəkkil ekoloji sistemlər əmələ gətirmişdir. Bu ekoloji sistemlərin növündən asılı olaraq orada yaşayan canlılar miqdarına və növ müxtəlifliyinə görə fərqli olurlar. Hər ekosistemin özünəməxsus biokütləsi vardır.
Sxemə əsasən quruda və okeanda göstərilmiş canlıların növ müxtəlifliklərini müqayisə edin. Hansı sahədə biokütlə daha çoxdur? Quruda biokütlənin miqdarı coğrafi və şaquli zonallıqlardan asılı olaraq necə dəyişir? Cavablarınızı ümumiləşdirərək məruzə şəklində təqdim edin.