Ətraf mühitin çirkləndirilməsində əsas rol oynayan insan biosferdə əksər təbii qanunauyğunluqların pozulmasına səbəb olduğu kimi, enerji dövranına da təsirsiz qalmır. |
1. Atmosferdə karbon qazının çoxalması biosferin enerji balansının dəyişilməsinə səbəb olur. Bu da Yerdə havanın temperaturunun bir neçə dərəcə qalxması təhlükəsini yaradır.
2. Yer səthinin şüaları sındırıb əksetdirmə xüsusiyyətinin dəyişməsi nəticəsində enerji çevrilmələrində baş verən dəyişikliklər iqlim dəyişməsi ilə nəticələnir.
3. Planetin müxtəlif hissələrində biosferə daxil olan əlavə antropogen enerji termiki çirklənməyə səbəb olur. Havanın temperaturunun dəyişməsi yeni ekoloji şərait yaradır. Bu şəraitə bir çox orqanizmlər davam gətirə bilmir və məhv olur.