Təbiətdə karbon qazının əmələ gəlməsinə hansı proseslər səbəb olur? Qlobal istiləşmə Yer kürəsində həyat üçün nə kimi təhlükə yaradır? Cavablarınızı ümumiləşdirərək təqdim edin.
Yer üzərində çox böyük iqlim, geoloji və bioloji proseslərə səbəb olan Günəş enerjisi müxtəlif enerji formalarına çevrilir. Bu da maddələr dövranına, miqrasiyalara, biokütlənin artmasına və yayılmasına səbəb olur. Beləliklə, Yer kürəsində canlı maddələrin və kimyəvi elementlərin dövranının nəhəng sistemi olan biosferin hüdudları genişlənir. |