Biosferdə illik məhsuldarlıq quru çəki hesabı ilə təqribən 176,7-109 ton təşkil edir. Bu qədər məhsulun sintezi üçün trilyon kilocoullarla enerji sərf olunur.
Sxemdə verilənlər əsasında “Biosferdə Günəş enerjisinin çevrilməsi” mövzusunda məruzə hazırlayın.
Yerdə olan canlı maddə biosferin kimyəvi proseslərini əhatə edir və onu yenidən qurur. Bu zaman enerji həm udulur, həm də ayrılır. Yerdə enerji balansı müxtəlif mənbələr vasitəsilə tənzimlənir. Bu, əsasən, Günəş enerjisi və radioaktiv enerjidir.
Həyatın əmələ gəlməsinin ilk dövrlərində radioaktiv enerji indikindən 18 dəfə çox olmuşdur.
Hal-hazırda biosferin əsas enerji mənbəyi Günəşdir. Günəş enerjisinin maddələr dövranının baş verməsində əvəzsiz rolu vardır. Yer səthinə düşən bu enerjinin 58%-i torpaq və atmosfer tərəfindən udulur, 42%-i isə atmosferə və kosmosa əks olunur.