Canlı maddənin funksiyaları atomların biogen miqrasiyası zamanı meydana çıxır. 3 növü olan biogen miqrasiya orqanizmdə gedən bioloji proseslər - maddələr mübadiləsi, çoxalma və inkişaf zamanı baş verir.
Biogen miqrasiyaları həyata keçirən canlılar:
Canlı maddədə dəyişiklik
İri şəhərlərin salınması, texniki bitkilərin geniş sahələrdə becərilməsi, böyük sənaye müəssisələrinin inşası təbii bitki növlərinin sıxışdırılmasına və məhv olmasına səbəb olur. Bataqlıqların qurudulması, təbii çəmənliklərin əkin sahələrinə çevrilməsi, meşələrin qırılması iqlimin kəskin dəyişməsinə gətirib çıxarır.
Fauna və floranın inkişafı mümkün olmayan ərazi özünütənzimləmə qabiliyyətini itirmiş olur. Bu cür qeyri-sabit torpaq ona qarışan sənaye tullantılarını neytrallaşdıra bilmir. İnsanın güclü təsirinə məruz qalan belə ərazilərdə maddələr dövranı düzgün getmir. Canlı maddənin özünütənzimləmə xassəsi pozulur, funksiyaları arasında olan tarazlıq dəyişir. Dünyanın hər yerində torpağın və suyun zəhərlənməsi onların müqavimətinin tükənməsinə gətirib çıxarır. Axı hər mühitin özünün müqavimət həddi var. Nəticədə bu ərazilərdə cəmləşən canlı aləmin normal inkişafı və həyat fəaliyyəti pozulur. Hər yerdə təşviş doğuran karbon və civə böhranı biosfer qanunauyğunluqlarının pozulmasının nəticəsidir. Bütün bunlar nəticə etibarilə canlı maddənin miqdarında və kimyəvi tərkibində dəyişikliklərə səbəb olur.
1. | “Bakteriyalar təbiətin mühüm qəbirqazanlarıdır” (L.Paster) mövzusunda referat hazırlayın. |
2.
|
Şəkildəki canlıları qaz yaratmaq funksiyalarına görə halqalarda yerləşdirin.
Burada baş verən proseslərin şərhini məruzə şəklində təqdim edin.
|