Tarazlığın pozulması bütün canlılar, o cümlədən insan üçün böyük təhlükədir. Nəzərə almalıyıq ki, bu təhlükənin qarşısının alınması biz insanlardan asılıdır. Təbiətə qarşı amansız münasibət Yer üzərində həyatın məhvinə səbəb ola bilər.
Təbiəti mühafizə etmək üçün qeyd olunan təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zəruridir:
1. Bəşəriyyətin varlığında başlıca rol oynayan ekosistem və əsas iqtisadi proseslərin dəstəklənməsi;
2. Orqanizmlərin genetik müxtəlifliyinin qorunması;
3. Ekosistem və növlərin qorunması, bərpası şərtilə onların uzunmüddətli və davamlı istifadəsi.
1. |
Atmosfer, hidrosfer və litosferdə baş verən dəyişikliklərin qlobal
xarakterini
əsaslandırın. Qlobal dəyişikliklərin qarşısını almaq üçün aparılan mübarizə
tədbirlərinə aid təqdimat hazırlayın.
|
2. |
Atmosferdə, hidrosferdə baş verən qlobal və regional dəyişiklikləri müvafiq
xanalara yazın.
|
3. |
“Ekoloji tarazlığın pozulmasında litosferdə baş verən dəyişikliklərin rolu”
mövzusunda məruzə hazırlayın.
|