Yer planetinin əsas 3 geosfer qatından ibarət olması sizə bəllidir. Bu qatlar müxtəlif qaz qarışıqlarından (atmosfer), sudan (hidrosfer) və bərk maddələrdən : (litosfer) əmələ gəlmişdir. Tarixi inkişaf nəticəsində yaranan canlılar və onların : yayıldıqları ərazilər (hava, su, quru səthi, torpaq) birlikdə biosferi formalaşdırmışdır.
Biosferin sərhədləri necə müəyyənləşir? | |
Biosferdə baş verən dəyişikliklərdən hansı qlobal xarakter daşıya bilər? | |
Müəyyən bir regionda planetin 3 qatından hansında baş verən dəyişikliklər daha qlobal təhlükəyə çevrilə bilər? |
“Yerin geosferi” sxeminə əsasən biosferin sərhədlərini müəyyənləşdirin. Biosferin sərhədlərində baş verən dəyişikliklərin qloballaşmasının qarşısının alınması üçün hansı tədbirlər həyata keçirilə bilər? Fikirlərinizi kiçik qruplar daxilində müzakirə edib ümumiləşdirin, qısa məruzə şəklində təqdim edin.