Həyatın yaranması haqqında ən qədim fikir “öz-özünə yaranma” fərziyyəsidir. | |
Sizcə, həyat öz-özünə necə yarana bilərdi? | |
Həyatın yaranması haqqında hansı fərziyyələr mövcuddur? |
Elm adamlarından Van Helmont siçanların çirkli paltarlardan yarandığını, həkim-kimyagər Parasels isə “homunkulus”, yəni insanın süni hazırlanması fikrini irəli sürmüşdür.
Bu haqda fikirlərinizi bildirin və əsaslandırmağa çalışın.
Keçmişdə insanlar böcəklərin yemək artıqlarından, güvələrin yundan, qurbağaların lildən, siçanların buğdadan və çirkli paltardan əmələ gəldiyinə inanırdılar. Hətta bəzi səyyahlar getdikləri yerlərdə ağaclar üzərində yemişəbənzər meyvələrin içərisində quzuların yetişdiyini deyirdilər. Sonralar həyatın əmələ gəlməsi haqqında müxtəlif təsəvvürlər yaranmağa başladı.
1. Vulkan püskürməsi: İlk üzvi maddələr arasıkəsilmədən püskürən vulkanların yaratdığı isti bulaqlarda qeyri-üzvi maddələrdən yaranmışdır. Hazırda bəzi mənbələrdə, məsələn, ABŞ-da milli parkların birində isti bulaqlarda yaşayan qədim orqanizmlər (arxebakteriyalar*) tapılmışdır. Bu, dolayı yolla deyilənləri təsdiqləyir.
2. Buzlaqlar: Fərziyyələrə görə, Yer kürəsinin müəyyən yerlərini örtən buzlaqların altında həyat əmələ gələ bilərdi. Fərziyyəçilər belə şəraitdə qədim atmosferi təşkil edən qazların və sianid duzlarının qarşılıqlı təsirindən amin turşularının, hətta zülalların yaranmasını da söyləmişlər. Onlar yaranmış maddələri Günəşin ultrabənövşəyi şüalarından buz qatının qoruduğunu da güman etmişlər.