• Ekskavatorun novçası - quşun möhkəm caynaqları. Yırtıcı quşun iri, güclü caynaqları ovun möhkəm tutulmasına xidmət edir. Məhz bu prinsip yükqaldıran maşınlarda yükün tutulması prinsipinin əsasını qoymuşdur.
• Raaar - yarasa. Radar əksolunan səsin tutulması prinsipinə əsasən işləyir. Canlı təbiətdə bu xüsusiyyət bir çox heyvanlarda, o cümlədən yarasada vardır. Buna görə də tam qaranlıqda belə, exolokasiyanın hesabına yarasa maneələri aşa bilir.
Deyilənlərdən belə nəticəyə gəlmək olur ki, biologiya texnika ilə sıx əlaqədədir. İnsan beyni kompüterlə oxşardır. Bunları müqayisə edin və fikirlərinizi müzakirə edin.
Baş beyin və kompüter oxşar elementlərdən ibarət bir sistemdir. Baş beynin struktur vahidi neyron, kompüterinki isə mikrosxemdir.
Baş beyin və kompüter analoji hissələrdən ibarətdir. Məsələn, böyük yarımkürələrin qabığının görmə payı və kompüterin videokartı öz funksiyalarına görə analojidir. Hər ikisi təsvirin əksolunmasını və analizini təmin edir. Kompüterin səs kartı və böyük yarımkürələrin eşitmə zonası səs siqnallarına “cavabdehlik” daşıyır.
Kompüter də baş beyin kimi, informasiyanın qəbul edilməsini, qorunub saxlanılmasını təmin edir. Baş beyində bu proses böyük yarımkürələrin qabığının hesabına baş verir. Kompüterdə isə informasiyanın yadda saxlanılması maqnit daşıyıcılarının köməyi ilə, əksolunması isə monitor və ya printerdə baş verir.