Belə işlər ən çox ürək əzələsi, qaraciyər, mədəaltı vəzi, qan hüceyrələri üzərində aparılır.
Kök hüceyrələrinin sürətlə artması onurğa zədələnmələri, Parkinson, diabet və s. kimi xəstəliklərin müalicəsində ümidverici hesab olunur. Bunun sayəsində müalicəsi olmayan və ya çətin müalicə olunan xəstəliklərin sağaldılması mümkün olacaqdır. İrsi xəstəliklərin səbəblərinin müəyyənləşdirilməsi, onların müalicə olunması ancaq insan genotipini tam aydınlaşdırdıqdan sonra mümkün ola bilər. Bu sahədə ilk böyük addım 1990-cı ildə ABŞ və Avropa ölkələrinin iştirak etdiyi “İnsan genomu” layihəsində atılmışdır. Bu layihənin məqsədi insan orqanizmində olan genlərin yerləşmə xəritəsini hazırlamaq idi. Məsələnin tam həllindən sonra insanın bir çox sağalmayan xəstəliklərinin müalicəsi mümkün olacaqdır. Məsələn, xərçəng hüceyrələrinin çoxalmasının qarşısını almaq, onların fəaliyyətini dayandırmaq bunlardan biri ola bilər. Hazırda xərçəng hüceyrələri ilə limfosit hüceyrələrinin hibridləri alınmışdır. Limfositlər yoluxucu, o cümlədən virusların törətdiyi xəstəliklərə qarşı immunitet yaradan maddələr hazırlayır. Bu cür hibrid hüceyrələrdən qiymətli dərman maddələri almaq mümkündür.
1. |
Düzgün fikirləri seçin:
a) Həşəratlara qarşı davamlı bitkilərin alınması gen mühəndisliyinin nailiyyətidir.
b) Klonlaşdırma zamanı bir orqanizmin hüceyrələrinin nüvəsi digər orqanizmin hüceyrələrinin nüvəsi ilə əvəz olunur. c) Genomu modifikasiya olunmuş orqanizmlər yalnız faydalı ola bilər. d) Hüceyrə mühəndisliyi biotexnologiyanın bir sahəsidir. |
2. |
Biotexnologiyada meyvəköklərdən alınan hər bir hüceyrədən hüceyrə kulturası alınır və onlar
yeni bitkiyə çevrilir. Bu proses necə adlanır və bunun
əhəmiyyəti nədən ibarətdir? İzah edin.
|
3. |
Biotexnologiyadakı nailiyyətlər haqqında araşdırma aparın və məlumatlar
toplayıb təqdimat hazırlayın.
|
4. |
“İnsan genomu” layihəsinin əhəmiyyətinə aid müzakirə aparın və fikirlərinizi
əsaslandırın.
|