35. Heyvanlarda tənəffüs

İnsan qidasız 1–1,5 ay, susuz bir neçə gün, havasız bir neçə dəqiqə yaşaya bilir. 6 dəqiqə tənəffüsün dayanması isə bəzən ölümlə nəticələnir.

Nəfəsinizi 20–30 saniyə saxlayın. Yoldaşlarınızdan kim nəfəsini daha çox saxlayar? Bu zaman nə hiss etdiniz?

Heyvanlarda tənəffüs. Heyvanlar da bitkilər kimi oksigenlə tənəffüs edir və tənəffüs üçün lazım olan oksigeni atmosfer havasından və ya sudan alırlar. Birhüceyrəli və bəzi çoxhüceyrəli heyvanlarda qaz mübadiləsi bütün bədən səthi ilə baş verir.

Yaşadığı mühitdən asılı olaraq heyvanlarda müxtəlif tipli tənəffüs orqanları formalaşmışdır.

Su mühitində tənəffüs. Heyvanların tənəffüs orqanları öz müxtəlifliyi ilə seçilir. Suda yaşayan heyvanların əksəriyyəti qəlsəmələrlə tənəffüs edir. Qəlsəmələr çoxlu miqdarda kiçik qan damarları ilə zəngindir. Sudan qana oksigen, əks istiqamətdə isə karbon qazı keçir. Qəlsəmələrə xərçənglərdə, bəzi molyusklarda, balıqlarda rast gəlinir.

Quru mühitində tənəffüs. Quruda yaşayan heyvanların tənəffüs orqanları traxeyaağciyərlərdir. Həşəratlarda traxeyalar bütün bədən boyunca şaxələnir. Onların qarıncığının kənarlarında havanın daxil olmasını təmin edən xüsusi dəliklər olur. Qarıncıq əzələlərinin yığılıbboşalması sayəsində hava bu dəliklərdən bədənə daxil olur.

Ağciyərlər də traxeyalar kimi atmosfer havası ilə tənəffüsü təmin edir. Bəzi heyvanlarda (quşlar və məməlilərdə) ağciyərlər, adətən, nazikdivarlı qovuqcuqlardan ibarətdir.

Su mühitində tənəffüs

Quru mühitində tənəffüs

İnsanda tənəffüs