6-cı mövzu
Musiqi dinləyək : Əfrasiyab Bədəlbəylinin «Qız qalası» baletindən «Adajio»«Vals»

BUNU DA BİLİN

Adajio, adından məlum olduğu kimi, ağır tempdə, vals isə bu rəqsin xarakterinə uyğun şən-oynaq tempdə səslənir.

Mahnı öyrənək
Musiqisi Polad Bülbüloğlunun,
sözləri Məstan Günərindir.
I
Qoy mən yenə söhbət açım ilk baharımdan,
Nəğməm ilə bir də keçim öz diyarımdan.

Nəqərat:
Bol bəhrəli Muğan düzü, Mil düzü, Şirvan düzü,
Gəl-gəl deyir, şən Azərbaycan!
Tər gülləri şəfalıdır, Göygöl nə səfalıdır,
Hər yanı gülşən Azərbaycan.
II
El qızları düzüm-düzüm Kür qırağında,
Min gül açır Gəncəmizin hər budağında.
Dost elləri Qarabağın dağ vüqarıdır,
Gen çölləri bu torpağın xoş baharıdır.
Nəqərat:

Polad
Bülbüloğlu

Rast» muğamı əsasında dəyişkən 6 /8 (3/4) xanə ölçüsü ilə yazılmış «Şən Azərbaycan» mahnısı şən rəqs xarakterlidir. Mahnıda Vətənim izin ucsuz-bucaqsız bərəkətli çölləri, dağları, meşələri, zümrüd rəngli gölləri şeir və musiqi dili ilə tərənnüm edilir.

SUALLAR

1. Balet bir musiqi janrı kimi ilk dəfə harada yaranmışdır?
2. Əfrasiyab Bədəlbəylinin «Qız qalası» baleti nə vaxt tamaşaya qoyulmuşdur?
3. Opera və balet librettolarının oxşar və fərqli cəhətləri hansılardır?
Tapşırıq: Doğma Azərbaycanımıza həsr olunmuş mahnılardan nümunələr söylə.

«Qız qalası» baletindən «Adajio»

«Qız qalası» baletindən «Vals»

ŞƏN AZƏRBAYCAN