Xrom
– Nə üçün ərintilərin hazırlanmasında xromdan geniş istifadə olunur?
– Paslanmayan poladdakı xromun rolu nədən ibarətdir?
Fəaliyyət
Xrom(III) hidroksidin alınması və onun xassələri
Təchizat: xrom(III) sulfat və natrium-hidroksid məhlulları, xlorid turşusu, sınaq şüşələri ilə ştativ. İşin gedişi: üç sınaq şüşəsindən hər birinə 5–6 ml xrom(III) sulfat məhlulu tökün; 1-ci sınaq şüşəsindəki məhlula göy lakmus kağızı salın, digər iki məhlulun üzərinə damcıdamcı, çöküntü əmələ gələnə qədər qələvi məhlulu əlavə edin və müşahidə aparın. Çöküntü olan sınaq şüşələrindən birinə çöküntülər həll olana qədər xlorid turşusu, digərinə qələvi məhlulu əlavə edin.
Nəticəni müzakirə edin:
– Nə üçün məhlulda göy lakmus kağızının rəngi dəyişir? Məhlulda hansı dəyişiklik baş verir?
– Çöküntü hansı rəndədir və o hansı maddəyə uyğundur?
– Xrom(III) hidroksid hansı xassəli hidroksiddir? Cavabınızı əsaslandırın və müvafiq reaksiyaların tənliklərini tərtib edin.
– Bu xassəyə xrom(III) oksid də malikdirmi?
– Sizcə, iki və altıvalentli xromun oksid və hidroksidləri hansı xassələrə malikdir?

Kəşfi. Xrom 1797-ci ildə fransız kimyaçısı L.Vokelen tərəfindən kəşf edilmişdir.

Birləşmələrində xrom, əsasən, +2, +3 və +6 oksidləşmə dərəcəsi göstərir.

Dövri sistemdə mövqeyi və atomunun quruluşu. Xrom 4-cü dövr, VI qrupun əlavə yarımqrup elementidir. Onun atomu 1s22s22p63s23p63d54s1 elektron quruluşuna malikdir.

Təbiətdə yayılması. Xroma təbiətdə yalnız birləşmələr şəklində rast gəlinir. Onun mühüm mineralı xromlu dəmir daşı və ya dəmir-xromitdir FeO·Cr2O3 [və ya Fe(CrO2)2]. Təbiətdə həmçinin xrom(III) oksid və digər birləşmələri rast gəlinir.

Alınması. Dəmir-xromiti kömürlə yüksək temperaturda reduksiya etdikdə alınmış metalların – dəmirlə xromun ərintisi olan ferroxrom əmələ gəlir:

Saf xrom almaq üçün xrom(III) oksid alüminiumla reduksiya olunur:

Fiziki xassələri. Xrom – metal parıltılı, bozumtul-ağ rəngli metaldır. O, ağır (ρ = 7,19 q/sm3), çətinəriyən (tər. = 1890°C), elektrik cərəyanını və istiliyi yaxşı keçirən metaldır. Xrom ən bərk metaldır.

Kimyəvi xassələri. Adi şəraitdə xromun səthi korroziyaya qarşı çox davamlı Cr2O3 oksid təbəqəsi ilə örtülür. Ona görə rütubətli havada xrom heç bir dəyişikliyə uğramır. Nitrat və qatı sulfat turşusu xromu passivləşdirir (oksid təbəqəsini möhkəmləndirir). Xrom qatı sulfat və nitrat turşuları ilə qızdırıldıqda qarşılıqlı təsirdə olur: