1941-ci ilin iyununda Almaniya SSRİ-yə hücum etdi. “İldırımsürətli müharibə” strategiyasına əsaslanan alman qoşunları qışa qədər Arxangelsk-Həştərxan xəttinə çıxmaq niyyətində idilər. Kiyev və Smolenski ələ keçirən almanlar həmin ilin payızında Moskvaya yaxınlaşdılar. Lakin dekabrda sovet qoşunlarının əks-hücumu ilə Moskva ətrafında alman qoşunları darmadağın edildi. Bununla da “İldırımsürətli müharibə” planı puça çıxdı.

“İldırımmsürətli müharibə” planının puça çıxmasının səbəbini izah edin.

“Atlantika xartiyası" — Atlantik okeanında döyüş gəmisində imzalandığı üçün belə adlanan sənəddir.

Yapon dəniz qüvvələri 8 dekabr 1941-ci il

Sovet qoşunlarının qələbəsi antihitler koalisiyasını möhkəmləndirdi. Moskva döyüşü zamanı Yaponiya qəflətən ABŞ-ın Havay adalanndakı Pörl-Harbor bazasına zərbə endirdi. Yapon ordusu Tailanda, Malayziyaya və Birmaya daxil oldu. Buna cavab olaraq ABŞ və Böyük Britaniya Yaponiyaya müharibə elan etdilər. Eyni zamanda Almaniya və İtaliya da ABŞ-a müharibə elan etdi. Bununla da ABŞ İkinci Dünya müharibəsinə qoşuldu.

Almaniyanın hücumunun ilk günlərindən Böyük Britaniya və ABŞ SSRİ ilə həmrəy olduqlarını elan etdilər. ABŞ SSRİ-ni müdafiə etdiyini bəyan etdi. 1941-ci ilin yayında ABŞ-la Böyük Britaniya “Atlantika xartiyası”* adlanan sənəd imzaladı. Sənəddə qeyd olundu ki, onların başqa əraziləri tutmaq niyyətləri yoxdur, zorakılığa qarşı çıxır, ədalətli dünya yaradılmasını istəyirlər. SSRİ Çexoslovakiya və Polşa mühacir hökumətlərini tanıyaraq sentyabrın 24-də “Atlantika xartiyası”na qoşuldu. 1942-ci il yanvann 1-də 26 dövlət “Atlantika xartiyası”na qoşulmaq haqqında “Birləşmiş Millətlərin Bəyannaməsi”ni imzaladı. Beləliklə, tədricən antihitler koalisiyası yarandı. Bu isə müharibənin gedişində əsaslı dönüş yaradılmasına təsir göstərdi.

ABŞ-ın İkinci Dünya müharibəsinə qoşulmasının müsbət və mənfi tərəflərini göstərin.

“Atlantika xartiyası”nın iştirakçıları (Böyük Britaniyanın baş naziri U.Çörçil və ABŞ prezidenti F.Ruzvelt)