BTədqiqat sualı:

1. Dünya okeanında hansı səbəblərdən suların hərəkəti baş verir?

2. Okeanlarda suyun hansı hərəkət formaları vardır?

C – Şagirdlər qruplara bölünür və hər qrupa işçi vərəqlər təqdim edilir. İşçi vərəqlərdə hər bir qrup üçün 2-3 sualdan ibarət olan tapşırıqlar verilir. Şagirdlər dərslikdəki mətni fasilələrlə oxuyur, müəyyən qeydlər aparırlar.Yeni biliyin öyrənilməsində şəkillər və xəritələrdən də istifadə etmək olar. Şagirdlər dərslikdən, Coğrafiya Ensiklopediyasından, elektron vəsaitlərdən istifadə edə bilərlər. Qrup liderləri öz işlərini təqdim edirlər. Şagirdlər hər bir qrup işlərini müzakirə edir, suallar verir, öz fikirlərini bildirir və qiymətləndirirlər.

DNə öyrəndik: Küləyin təsirilə okean suyunun hərəkəti okean cərəyanlarını yaradır. Ayın və Günəşin cazibə qüvvəsi ilə qabarmaçəkilmə dalğaları əmələ gəlir. Sualtı vulkan və zəlzələ zamanı okeanlarda sunami dalğaları əmələ gəlir. Tropik enliklərdə materiklərin şərq sahillərindən isti cərəyanlar, qərb sahillərindən soyuq cərəyanlar keçir. Mülayim enliklərdə şərqdən soyuq, qərbdən isti cərəyanlar axır.

Mövzuya aid sualların cavabları:

1. Okeanlarda daimi və mövsümi küləklər, suyun duzluluğu, temperaturu arasındakı fərqlər, Günəşin və Ayın cazibə qüvvəsi ilə sular daim hərəkət edir.

2. Qabarma dalğalarından, okean cərəyanlarından elektrik enerjisinin alınmasında, gəmiçilikdə və balıqçılıq təsərrüfatında istifadə edilir. Okean cərəyanları sahillərdə yağıntıların düşməsinə, orqanizmlərin yerdəyişməsinə, suyun duzluluğu və temperaturunun dəyişməsinə təsir edir.

3. Kanadanın sahillərindəki Fandi körfəzində ən yüksək səviyyəsi 18 m olan qabarma müşahidə edilir. Qabarma zamanı Oxot dənizində sular 14 m, İngiltərənin Bristol körfəzində 12 m qalxır. Daxili dənizlərdə qabarma bir neçə sm yaranır. Sakit okean sahillərində sunami dalğaları tez-tez əmələ gəlir. 1883-cü ildə Krakatau vulkanının püskürməsi zamanı, 1960-cı ildə Çili sahillərində, 2005-ci ildə Benqal körfəzində, 2011-ci ildə Yaponiyada sahildə güclü sunami yaranmışdır.

Tapşrıq: 1. Okean cərəyanları sahillərin iqliminə, orqanizmlərin yerdəyişməsinə, suyun dövranına, onun temperaturu və duzluluğunun dəyişməsinə təsir göstərir. Tropik enliklərdə materiklərin şərq sahillərindən isti cərəyanlar, qərb sahillərindən soyuq cərəyanlar keçir. Mülayim enliklərdə əksinə, şərqdən soyuq, qərbdən isti cərəyanlar axır.

2. Sahillərindən isti cərəyan keçən ərazilər rütubətli olur. Suyun səthində temperaturun yüksək olması onun buxarlanmasına, buludların əmələ gəlməsinə və yağıntı düşməsinə gətirib çıxarır. İsti cərəyanların suyu duzlu, soyuq cərəyanların suyu az duzlu olur. Sahillərindən soyuq cərəyanlar keçən ərazilər quru iqlimə malik olur, səhralar yaranır. Bu regionlarda suyun səthi soyuq olduğuna görə buxarlanma az olur. Nəticədə yağıntılar da az düşür.